Atakama

Atakama
isp. Desierto de Atacama
Atakama səhrasının kosmosdan görünüşü. NASA World Wide tərəfindən çəkilmiş foto
Atakama səhrasının kosmosdan görünüşü. NASA World Wide tərəfindən çəkilmiş foto
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2.657 m
Sahəsi 105000 km²
Temperatur
 • Yanvarda orta 19-14 °C
 • İyulda orta 19-20 °C
 • İllik yağıntı təxminən 50 mm
Yerləşməsi
24°30′ c. e. 69°15′ q. u.
Yerləşdiyi yer Cənubi Amerika
Ölkə  Çili
Atakama xəritədə
Atakama
Atakama
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atakama səhrası (isp. Desierto de Atacama) — Cənubi Amerikanın qərb sahilində, Çilinin ərazisində yerləşən (22° və 27 °C.e. arasında) səhra. İkinci Sakit okean müharibəsinə (18791883) qədər Boliviyaya aid idi.

Peru cərəyanı, atmosferin aşağı qatlarını soyudur və atmosfer çöküntülərinin düşməsinə (ildə 50 mm-dən də az) mane olan temperatur inversiyasını yaradır. Elə buna görə də, bu səhra Yer kürəsinin ən quraq yeri hesab olunur. Atakama səhrası orta hündürlüyü 610 metrə çatan dağlıq və təpəlik ərazilərdən ibarətdir. Daşlı, qumlu səhradır. Səhranın uzunluğu 960 km-ə çatır.

Sahilində yanvar ayının orta temperaturu — 19 - 20 °C, iyul ayında isə 13 - 14 °C təşkil edir. Səhranın bəzi regionlarında qış aylarında sıx dumanlar müşahidə olunur. Nadir bitkiləri yoxdur: əsas bitkiləri kaktuslar (məsələn, Rod Kopyapoa) və kollar təşkil edir. Fauna aləmi xeyli azdır. Sahilboyu qayalarda balıq ilə qidalanan quşlar yaşayır. Atakama səhrası mis, qalay, qızıl, yod, duz və s. ehtiyatlarla zəngindir.

Sakit okeanın sahilində, səhra ilə sərhəddə Çilinin böyük portları olan Arik və İkike portları yerləşir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search